XOCALI SOYQIRIMININ 21-ci İLDÖNÜMÜ TÜRKİYƏDƏ GENİŞ QEYD EDİLİR

XƏBƏRLƏR
04 mart 2013 | 10:03   
Paylaşın:        

Milli Məclisin deputatları Xocalı soyqırımının 21-ci ildönümü münasibətilə Türkiyədə keçirilən silsilə tədbirlərdə yaxından iştirak edirlər. Bildiyimiz kimi, nüfuzlu elm və təhsil ocaqlarında, bələdiyyələrdə, ictimai qurumlarda təşkil edilən anma mərasimlərinə qardaş ölkənin ictimaiyyət nümayəndələri ilə yanaşı rəsmi dövlət adamları və millət vəkilləri də qatılır.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Xocalı soyqırımı ilə bağlı İstanbulda keçirilən tədbirlərdə iştirak edir. Deputatımız tariximizin bu ağrılı səhifəsinə dair faktları bir daha Türkiyə ictimaiyyətinin nəzərinə çatdırır.
Soyqırımın ildönümü münasibətilə Ankarada səfərdə olan Milli Məclisin deputatı Rüfət Quliyev isə Türkiyə paytaxtında təşkil edilən anma mərasimlərində Xocalı faciəsi barədə ətraflı məlumat verib.

 

Milli Məclisin
Mətbuat xidməti 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU