PARLAMENT XƏBƏRLƏRİ

XƏBƏRLƏR
04 mart 2013 | 05:03   
Paylaşın:        

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası  əlaqələr komitəsinin sədri Səməd Seyidov, komitənin sədr müavini Sevinc Fətəliyeva, deputatlardan  Asim Mollazadə  və Sahibə Qafarova  martın 5-dən  16-dək  ABŞ-a  səfər  edəcəklər.
Deputatlarımız Vaşinqton  şəhərində, Texas  ştatında olacaq, bu ölkənin konqresmenləri, qubernatorlar və müxtəlif fraksiyaların  nümayəndələri ilə görüşlər keçirəcək, ölkələrimiz arasında münasibətlərin inklişafı, əməkdaşlığın genişləndirilməsi barədə  söhbətlər  aparacaqlar.  Onlara  Azərbaycanın  iqtisadi  inkişafı, parlamentdə qəbul  edilən  yeni  qanun  layihələri  barədə  ətraflı məlumat  veriləcək.
* * *
Milli Məclisin  deputatı Azər  Kərimli  Xocalı  soyqırımının  beynəlxalq  hüquqi  aspektlərinə həsr olunmuş elmi  konfransda   iştirak etmək üçün martın 5-dən 7-dək  İtaliyanın Roma  şəhərinə  səfər  edəcək.
Səfər  çərçivəsində  deputatımız  Heydər  Əliyev  Fondu tərəfindən  təşkil olunmuş “Fly to Baku” (“Bakıya uçuş”) adlı müasir Azərbaycan incəsənət  sərgisinin açılış mərasiminə  də qatılacaq.


Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU