MİLLİ MƏCLİSİN DEPUTATI AŞPA-NIN KOMİTƏ İCLASINDA İŞTİRAK EDƏCƏK

XƏBƏRLƏR
07 mart 2013 | 05:03   
Paylaşın:        

Milli Məclisin deputatı Rafael Hüseynov  Avropa Şurası Parlament Assambleyasının Mədəniyyət, elm, təhsil və media komitəsinin iclasında iştirak etmək üçün martın 10-da Parisə yola düşəcəkdir.
Tədbirdə internetə çıxış hüququ, yeni informasiya və kommunikasiya texnologiyalarının demokratiyaya təsiri, kiber məkanda təhlükəsizlik, yeni nəsil Avropalılar üçün təhsil çağırışları, Avropanın təhlükədə qalan mədəni irsi və digər mövzularda müzakirələr aparılacaqdır.
Deputatımız gündəlikdəki məsələlərlə bağlı çıxış edəcək, öz münasibətini bildirəcəkdir.

 

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU