AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASINDA

XƏBƏRLƏR
11 mart 2013 | 12:03   
Paylaşın:        

Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvü Sabir Hacıyev qurumun Siyasi işlər və demokratiya Komitəsinin iclasında iştirak etmək üçün martın 12-dən 15-dək Mərakeşin Rabat şəhərində səfərdə olacaq.
İclasda Avropa Şurası Parlament Assambleyasının Mərakeş parlamenti ilə demokratiya üzrə tərəfdaşlığının qiymətləndirilməsi, Avropada dini icmalara qarşı zorakılıq, Yaxın Şərqdə vəziyyət və digər məsələlər müzakirə olunacaq. Əfqanıstandan narkotik maddələrin axınının güclənməsi Avropada təhlükəsizliyə təhdid kimi nəzərdən keçiriləcək.

 

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU