AVRONEST PA YOXSULLUQLA MÜBARİZƏYƏ XÜSUSİ ÖNƏM VERİR

XƏBƏRLƏR
14 mart 2013 | 05:03   
Paylaşın:        

Milli Məclisin deputatları Azay Quliyev, Məlahət İbrahimqızı və Fərəc Quliyev Avronest PA-nın Sosial komitəsinin iclasında iştirak etmək üçün martın 18-də Belçikanın Brüssel şəhərinə səfərə yola düşəcəklər.
İclasda “Şərq tərəfdaşlığı ölkələrində yoxsulluqla mübarizə və sosial təcrid etmə” mövzusunda məruzə təqdim olunacaq. Məruzə ətrafında müzakirələrdə deputatlarımız ölkəmizin maraqları mövqeyindən təkliflərini bildirəcəklər.
Səfər martın 21-də başa çatacaq.

 

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU