QARA DƏNİZ İQTİSADİ ƏMƏKDAŞLIQ TƏŞKİLATININ PARLAMENT MƏCLİSİNDƏ

XƏBƏRLƏR
14 mart 2013 | 04:03   
Paylaşın:        

Milli Məclisin deputatı, Qara Dəniz İqtisadi  Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin sədr müavini və qurumdakı Azərbaycan nümayəndə heyətinin  rəhbəri Asəf Hacıyev martın 25-dən 28-dək Moldovanın paytaxtı Kişinyovda səfərdə olacaq.
Deputatımız QDİƏT PM-in Mədəniyyət, təhsil və sosial məsələlər üzrə Komitəsinin 40-cı iclasında iştirak edəcək. İclasda “QDİƏT-ə üzv ölkələrin universitetləri arasında diplomdan sonrakı təhsil səviyyəsində əməkdaşlığın üstünlüyü və perspektivləri” mövzusunda məruzə və müvafiq qətnamə layihəsi təqdim olunacaq, bir sıra təşkilati məsələlərə baxılacaq. 
Asəf Hacıyev ölkəmizin mövqeyindən çıxış edərək məsələlərə münasibət bildirəcək.

 

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU