AŞPA KOMİTƏLƏRİNİN İCLASLARINDA

XƏBƏRLƏR
16 mart 2013 | 01:03   
Paylaşın:        

Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Rafael Hüseynov  AŞPA-nın  Hüquqi  işlər və insan  haqları komitəsinin  iclasında iştirak etmək üçün  martın 17-dən 24-dək Fransaya səfər edəcək.
Paytaxt Paris şəhərində keçiriləcək komitə iclasında həbs olunma üzrə alternativ addım və mexanizmlərin təşviqi, korrupsiya ilə mübarizə  və digər  təşkilati  məsələlər müzakirə  ediləcək. 
Deputatımız müzakirə olunan məsələlərə öz münasibətini bildirəcək.
* * *
Milli Məclisin deputatı Elxan Süleymanov  AŞPA-nın Monitorinq  komitəsinin iclasında  iştirak etmək üçün martın 19-dan  21-dək Fransaya  səfər  edəcək.
İclasda Azərbaycanda  siyasi  vəziyyət,  Türkiyədə monitorinqin yekunlarına dair  dialoq, Macarıstanda  yenidən  monitorinq keçirilməsi qaydaları,  Ermənistanda  prezident seçkilərinin nəticələri və digər  məsələlər  müzakirə  olunacaq.
Deputatımız  müzakirələrdə  fəal iştirak edəcək, öz  fikirlərini  açıqlayacaq.   

 

Milli Məclisin
Mətbuat xidməti

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU