PARLAMENTLƏRARASI İTTİFAQIN ASSAMBLEYASINDA

XƏBƏRLƏR
01 aprel 2013 | 04:04   
Paylaşın:        

Milli Məclis Sədrinin müavini Valeh Ələsgərovun başçılıq etdiyi parlament nümayəndə heyəti Parlamentlərarası İttifaqın 128-ci Assambleyasında iştirak etmək üçün martın 20-də Ekvadorun Kito şəhərinə yola düşəcəkdir. Nümayəndə heyətinə Milli Məclisin deputatları Səməd Seyidov, Sahibə Qafarova, Fuad Muradov və Cavanşir Feyziyev daxildirlər.
Assambleyada “Kortəbii inkişafdan məqsədyönlü tərəqqiyə doğru: yeni yanaşmalar, yeni həll yolları” mövzusunda fikir mübadiləsi aparılacaqdır. Səfər çərçivəsində Azərbaycanla Parlamentlərarası İttifaq arasında əməkdaşlığın perspektivləri, münasibətlərin daha da inkişaf etdirilməsi yolları müzakirə ediləcək, bir sıra ölkələrin parlament rəhbərliyi ilə görüşlər keçiriləcəkdir.
İclaslarda Milli Məclisin deputatları çıxış edəcək, gündəlikdəki məsələlərə münasibət bildirəcəklər.  
Assambleya çərçivəsində təşkilatın Beynəlxalq sülh və təhlükəsizlik üzrə daimi komitəsində Azərbaycan tərəfinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə çıxışı dinləniləcək, suallara cavab veriləcəkdir.
 Səfər martın 29-da başa çatacaqdır.


Milli Məclisin
Mətbuat xidməti

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU