MDB PA-nın GƏNCLƏR PARLAMENTİNİN İLK İCLASINDA

XƏBƏRLƏR
27 mart 2013 | 01:03   
Paylaşın:        

Milli Məclisin deputatı Sevinc Fətəliyeva MDB-yə üzv dövlətlərin Gənclər Parlamentlərarası Assambleyasının ilk iclasında iştirak etmək üçün martın 28-dən 29-dək Rusiyanın Sankt-Peterburq şəhərində səfərdə olacaq.
Tədbirin gündəliyinə qurumun iş planı, gənclərin parlamentlərarası forumunun keçirilməsi, təşkilatın əlaqələndiricisi, məsul katibi, emblemi barədə məsələlər daxil edilmişdir.
Millət vəkili müzakirəyə çıxarılacaq məsələlərlə bağlı fikirlərini açıqlayacaq, münasibətini bildirəcək.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU