DEPUTATLARIMIZ İTALİYAYA SƏFƏR EDƏCƏKLƏR

XƏBƏRLƏR
27 mart 2013 | 01:03   
Paylaşın:        

Milli Məclisin İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli, deputatlar Rasim Musabəyov və Ceyhun Osmanlı “Azərbaycan 2020. Gənclərin baxışı” adlı forumda iştirak etmək üçün martın 26-dan İtaliyanın paytaxtı Roma şəhərində səfərdədirlər.
Tədbirdə “Baxış 2020: Azərbaycan üçün yeni brendlər və yeni trendlər”, “Ənənəvi və ictimai diplomatiya”, “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixçəsi, danışıqlar prosesinin gerçəklikləri, hazırki vəziyyət və perspektivlər” mövzuları ətrafında müzakirələr aparılacaq.
Deputatlarımız mövzularla bağlı fikirlərini bölüşəcək, təkliflərini verəcəklər.
Səfər martın 30-da başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU