DAŞKƏNDDƏ HEYDƏR ƏLİYEVİN YUBİLEYİ KEÇİRİLİR

XƏBƏRLƏR
02 aprel 2013 | 02:04   
Paylaşın:        

Milli Məclisin İnsan hüquqları komitəsinin  sədri Rəbiyyət Aslanova, deputatlar Qənirə Paşayeva, Etibar Hüseynov və Aydın Abbasov ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak etmək üçün Özbəkistanın paytaxtı Daşkənddə səfərdədirlər. 
Deputatlarımız “Heydər Əliyev və Azərbaycanın müasir tarixi: Azərbaycan-Özbəkistan münasibətləri” mövzusunda konfransda çıxış edəcəklər. Tədbirin iştirakçılarına ölkələrimiz arasında tarixən mövcud olan əlaqələrin inkişafında  Heydər Əliyevin rolu barədə məlumat veriləcək, müstəqil Azərbaycan dövlətinin memarı olan ulu öndərin  həyat və fəaliyyətindən geniş söhbət açılacaq. 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU