AŞPA-NIN KOMİTƏ İCLASINDA

XƏBƏRLƏR
02 aprel 2013 | 05:04   
Paylaşın:        

Milli Məclisin deputatı Rövşən Rzayev AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər Komitəsinin iclasında iştirak etmək üçün aprelin 2-də Mərakeşin Rabat şəhərinə yola düşəcəkdir.
  İclasda insan hüquqlarının təşviqi, Avropa Birliyinin şərq sərhədlərində miqrasiya və sığınacaq istəmə çağırışlarının tənzimlənməsi, miqrantların gəldikləri ölkələrə inteqrasiyası, Avropa məkanındakı münaqişələr nəticəsində itkin düşmüş şəxslərin humanitar vəziyyəti və digər mövzularda fikir mübadiləsi aparılacaq.
Tədbirdə deputat Rövşən Rzayev çıxış edəcək, gündəlikdəki məsələlərə münasibətini bildirəcəkdir.

 

Milli Məclisin
Mətbuat xidməti

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU