TÜRKPA-nın KOMİTƏ İCLASLARINDA

XƏBƏRLƏR
05 aprel 2013 | 05:04   
Paylaşın:        

 Aprelin 5-də Ankarada TürkPA-nın Sosial, mədəni və humanitar məsələlər, həmçinin İqtisadiyyat, ticarət və maliyyə məsələləri komitələrinin iclasları keçiriləcəkdir. İclaslarda Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov, deputatlar Sədaqət Vəliyeva və Sevinc Hüseynova iştirak edəcəklər.
Komitə iclaslarında Ortaq türk terminologiya fondunun yaradılmasının əsas məsələləri və TürkPA-ya üzv ölkələrdə sərmayə mühitinin yaxşılaşdırılması mövzularında hesabat məruzələri dinləniləcək, müzakirələr aparılacaqdır.
Müzakirələrin sonunda hesabat məruzələri barədə tövsiyə qərarının qəbul edilməsi nəzərdə tutulmuşdur.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU