PARLAMENT XƏBƏRLƏRİ

XƏBƏRLƏR
09 aprel 2013 | 03:04   
Paylaşın:        

 Milli Məclisin  deputatı Asəf Hacıyev Mərmərə Fondunun  təşkil etdiyi XVI Avrasiya İqtisadi Sammitində iştirak etmək üçün aprelin  9-10-da Türkiyədə səfərdə  olacaq.
İstanbul  şəhərində  keçirilən Sammitdə iqtisadiyyat, energetika, informasiya kommunikasiya texnologiyaları və təhlükəsizlik,  səhiyyə, təhsil, mədəniyyət  və ekologiya  sahəsində dialoq,  davamlı inkişafda  qadınların  rolu  mövzularında   müzakirələr  aparılacaq.
Tədbirə  Albaniya, Bosniya-Hersoqovina, Makedoniya, Rumıniya, İordaniya, Bolqarıstan,  Qırğızıstan, Estoniya  və digər  dünya  dövlətlərinin   prezidentləri   və hökumət  rəhbərləri   qatılacaq.
*  *  *
Sonra deputat, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin sədr müavini Asəf Hacıyev, Milli Məclisin Sosial siyasət komitəsinin sədr  müavini Musa Quliyev və deputat Ayaz Orucovla birlikdə, Ukraynanın Yalta  şəhərində  keçiriləcək QDİƏT PM-in İqtisadiyyat, ticarət, texnologiya və ekologiya  məsələləri  üzrə komitəsinin 40-cı iclasına  qatılacaq.
Toplantıda quruma  üzv  ölkələr  arasında  dənizdə  axtarış  və  xilasetmə işləri  ilə  bağlı  problemlər, bu  sahədə əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə  ediləcək. Komitənin  sonrakı  iclasının keçirilmə məkanı və zamanı, müəyyən ediləcək,  cari  məsələlərə baxılacaq.
Deputatlarımız  müzakirə  edilən  məsələlərə münasibət bildirəcəklər.
                                                               

 Milli  Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU