MDB PA-nın TƏDBİRLƏRİNDƏ

XƏBƏRLƏR
09 aprel 2013 | 04:04   
Paylaşın:        

Aprelin 10-da Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov və bir qrup deputat Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfərə yola düşəcək. Vitse-spikerin başçılğı ilə Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, deputatlar Sevinc Fətəliyeva, Rüfət Quliyev və Sabir Hacıyev MDB Parlamentlərarası Assambleyasının tədbirlərində iştirak edəcəklər.
Vitse-spiker Valeh Ələsgərov MDB PA Şurasının iclasında Azərbaycan Milli Məclisini təmsil edəcək, daha sonra MDB PA ilə Avropa Şurasının birgə təşkil etdikləri beynəlxalq konfransa qatılacaq. Deputat Sabir Hacıyev də həmin konfransda iştirak edəcək.
Qeyd edək ki, MDB Parlamentlərarası Assambleya Şurasının iclasında demokratik seçkilərin keçirilməsində beynəlxalq standartlara əməl olunması ilə bağlı  seminarın nəticələri, həmçinin yeni Avropanın quruculuğunda parlament təşkilatlarının roluna dair konfransa hazırlığın vəziyyəti, müxtəlif məsələlər müzakirə olunacaq. İclasda MDB Gənclər Parlamentlərarası Assambleyasının əlaqələndiricisi Sevinc Fətəliyevanın  məruzəsi dinləniləcək.
Azərbaycan parlamentinin deputatı Arif Rəhimzadənin sədr olduğu MDB PA-nın Sosial siyasət və insan hüquqları daimi Komissiyasının iclasında dövlətlərin sosial strategiyası, immiqrantların onları qəbul edən cəmiyyətə inteqrasiyası, vətəndaşların reproduktiv hüquqları kimi məsələlərə baxılacaq. Daha sonra Arif Rəhimzadə MDB PA Şurasının iclasında qurumun nəzdində səhiyyə üzrə Ekspert şurası barədə  məruzə edəcək.
Deputat Rüfət Quliyev isə sədr müavini olduğu Siyasi məsələlər və beynəlxalq əməkdaşlıq daimi Komissiyasında aparılan müzakirələrdə yaxından iştirak edəcək.

 

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU