MARTİN LİNDNER: “Bakını gəzdim, gördüm ki, hər şey yaxşıdır, insanlar yaxşı geyinib, gülümsərdirlər, çətinlik çəkmirlər.”

XƏBƏRLƏR
11 aprel 2013 | 05:04   
Paylaşın:        

Almaniya Bundestaqının İqtisadiyyat və texnologiyalar komitəsinin üzvü Martin Lindner bu fikirləri aprelin 11-də Milli Məclisdə İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə ilə görüşdə dedi.
Qonaq Azərbaycanda keçirdiyi görüşlərdən məmnunluğunu bildirdi, ölkəmizlə əməkdaşlığın genişləndirilməsi vacibliyini qeyd etdi və təkliflərini nəzərə çatdırdı. M.Lindner Almaniyanın Avropa İttifaqındakı mövqeyi, regionda yürüdülən siyasətin aktual məsələlərinə dair  Bundestaqda gedən müzakirələr barədə məlumat verdi. Bildirdi ki, onun ölkəsində büdcənin 55 faizi sosial yönümlüdür. Lakin elmi tədqiqatların aparılması, innovasiya texnologiyalarının inkişafı üçün də büdcə vəsaitinin artırılmasına ehtiyac var.
Görüşdə Milli Məclisin komitə sədri Ziyad Səmədzadə qonağa Azərbaycanın son 20 ildə keçdiyi inkişaf yolu, qazanılmış nailiyyətlər barədə məlumat verdi. Bu günlərdə Bakıda başa çatmış Dünya İqtisadi Forumundan ətraflı söhbət açdı. Ölkəmizdə Almaniya ilə əməkdaşlığa xüsusi önəm verildiyini, Milli Məclisdə müvafiq işçi qrupun fəaliyyət göstərdiyini vurğuladı. Azərbaycan parlamentində müzakirə olunan mühüm məsələlər və qəbul edilən qanunlar barədə danışdı.
Görüşdə qarşılıqlı faydalı əməkdaşlığa dair fikir mübadiləsi aparıldı.

 


Milli Məclisin

Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU