AVROPA ŞURASI VENESİYA KOMİSSİYASININ ÜZVLƏRİ PARLAMENTDƏ OLDU

XƏBƏRLƏR
11 aprel 2013 | 05:04   
Paylaşın:        

Aprelin 11-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu  komitəsinin sədri Əli Hüseynli və İnsan  hüquqları komitəsinin sədri Rəbiyyət  Aslanovanın  ölkəmizdə səfərdə olan Avropa Şurası Venesiya Komissiyasının  üzvləri ilə  görüşü  keçirildi. 
Qonaqları  salamlayan  Əli Hüseynli Azərbaycan parlamenti ilə Venesiya Komissiyası  arasındakı  sıx  əməkdaşlıqdan danışdı.  Bildirildi ki, ölkəmiz  Avropa  Şurası  qarşısında  götürdüyü  öhdəlikləri  layiqincə  yerinə yetirir. Komitə sədri parlamentdə qanun yaradıcılığı prosesi, qanunların hazırlanma texnologiyası, milli qanunvericiliyin Avropa  standartlarına  uyğunlaşdırılması   sahəsində  görülən işlərdən, əldə olunan  nailiyyətlərdən  söhbət  açdı. 
İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova Venesiya Komissiyası ilə Milli Məclis arasında  mövcud  olan ənənəvi  dostluq  münasibətlərini  yüksək  qiymətləndirdiyini  vurğuladı.  Qeyd  olundu ki, Azərbaycan  qanunvericilik sistemində beynəlxalq  hüququn normalarına  hörmətlə yanaşılır, Venesiya  Komissiyasının  qanun  yaradıcılığı  sahəsində  məsləhət və tövsiyələrinə xüsusi diqqət  göstərilir. Bildirildi ki, ölkəmizdə  insan  hüquqlarının daha  da  möhkəmləndirilməsi  istiqamətində bütün zəruri addımlar  atılır.
 Avropa Şurası Venesiya  Komissiyasının üzvü Herdis Torgeirsdottir  səmimi görüş üçün təşəkkürünü bildirdi, Bakıda səmərəli görüşlər  keçirdiklərini dedi.
Görüşdə  qarşılıqlı  maraq  doğuran bir  sıra məsələlər  barəsində  fikir mübadiləsi  aparıldı. 
                                                                   
      

Milli  Məclisin
Mətbuat  xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU