TÜRKİYƏ - AZƏRBAYCAN MÜNASİBƏTLƏRİ BÜTÜN TÜRK DÜNYASININ MİLLİ-MƏNƏVİ BİRLİYİNİN GÖSTƏRİCİSİDİR

XƏBƏRLƏR
23 yanvar 2012 | 10:01   
Paylaşın:        

Yanvarın 19-da Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun ölkəmizdə səfərdə olan nümayəndələri ilə görüşmüşlər.
Qonaqları salamlayan Milli Məclisin Mədəniyyət komitəsinin sədri, işçi qrupun rəhbəri  Nizami Cəfərov bildirdi ki, bu gün Türkiyə və Azərbaycan arasındakı əlaqələr bütün türk dünyasının milli-mənəvi və mədəni birliyinin əzmkarlığını nümayiş  etdirir. Qeyd olundu ki, hər iki tərəfdə siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması üçün dostluğa  və qardaşlığa  söykənən  yüksək potensial var. Komitə  sədri Azərbaycan və Türkiyə parlamentarilərinin mütəmadi görüşlərinin vacibliyindən danışdı, bu səfərin də faydalı olacağına inamını bildirdi.
Səmimi görüş və qonaqpərvərlik  üçün minnətdarlıq edən Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Necdət Ünüvar yeni tərkibdə işçi qrupunun Azərbaycana ilk dəfə səfər etdiyini söylədi. Bakıda olduqları iki gün müddətində çox vacib görüşlər keçirdiklərindən, faydalı müzakirələr apardıqlarından danışdı. Qonaq Fransa Milli Assambleyasında qondarma “erməni soyqırımı”nı inkar edənlərə qarşı cəza tədbirləri nəzərdə tutulmuş qanunun Senatda müzakirəyə çıxarılmasına qarşı Azərbaycanın atdığı addımları yüksək qiymətləndirdi. 
İşçi qrupun üzvləri Eldar İbrahimov, Əhliman Əmiraslanov, Əhməd Vəliyev, Qənirə Paşayeva ölkələrimiz arasında mövcud olan  iş birliyini xüsusi qeyd etdilər, münasibətlərimizi yüksək dəyərləndirdilər.
Görüşdə Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıc iştirak edirdi. 


Milli Məclisin
Mətbuat  xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU