AVRONEST PA-nın BÜRO İCLASINDA

XƏBƏRLƏR
17 aprel 2013 | 03:04   
Paylaşın:        

Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Avronest PA-nın Büro iclasında iştirak etmək üçün aprelin 17-də Fransanın Strasburq  şəhərinə səfərə yola düşüb.
İclasda prosedur qaydalarına baxılacaq, qurumun dörd komitəsinin – İqtisadi, Siyasi, Sosial və Enerji komitələrinin məruzə layihələrinə təklif olunan düzəlişlər ətrafında fikir mübadiləsi aparılacaq. Mayın axırlarında keçiriləcək Brüssel sessiyasının gündəliyi də Büroda müzakirə olunacaq.
Səfər aprelin 18-də başa çatacaq.

 

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU