DEPUTATIMIZ QAZAXISTANDA SƏFƏRDƏDİR

XƏBƏRLƏR
17 aprel 2013 | 03:04   
Paylaşın:        

Milli Məclisin deputatı Adil Əliyev aprelin 17-dən Qazaxıstanın paytaxtı Astana şəhərində səfərdədir.
Millət vəkili “Müasir parlamentarizm: qanunvericilik prosesində hakimiyyətin qolları arasında qarşılıqlı əlaqələrin formalaşması, inkişafı və təkmilləşdirilməsi” mövzusunda keçiriləcək konfransın işinə qatılacaq. Tədbirdə Adil Əliyev qanun yaradıcılığı prosesində hakimiyyət orqanları arasında əməkdaşlığın əhəmiyyəti barədə fikirlərini açıqlayacaq.
Səfər çərçivəsində deputatımız ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Avrasiya xalqlarının dostluğu və mədəniyyəti Konqresi” cəmiyyətinin təşkil etdiyi elmi-praktik konfransda iştirak edəcək.
Səfər aprelin 22-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU