BEYNƏLXALQ FORUMDA

XƏBƏRLƏR
17 aprel 2013 | 05:04   
Paylaşın:        

Milli Məclisin deputatı Rasim Musabəyov “Təhlükəli dünyada təhlükəsizlik” adlı 6-cı Kiyev Təhlükəsizlik Forumunda iştirak etmək üçün aprelin 18-də Ukraynaya yola düşəcək.
Tədbirdə beynəlxalq təhlükəsizlikdə müasir meyllər, o cümlədən sülh quruculuğu,  enerji təhlükəsizliyi və bir sıra digər mövzularda müzakirələr keçiriləcək.
Millət vəkili müzakirəyə çıxarılan məsələlərlə bağlı öz mövqeyini bildirəcək.
Səfər aprelin 20-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU