AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ YAZ SESSİYASINDA

XƏBƏRLƏR
24 aprel 2013 | 02:04   
Paylaşın:        

Aprelin 22-dən 26-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası keçiriləcəkdir. Sessiyada Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, təşkilatda daimi nümayəndə heyətimizin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edəcəkdir.
Nümayəndə heyətinin tərkibinə deputatlardan Rafael Hüseynov, Rövşən Rzayev, Sevinc Fətəliyeva, Elxan Süleymanov, Qənirə Paşayeva, Sabir Hacıyev, Aydın Abbasov, Sahibə Qafarova və Fazil Mustafa daxildirlər.
Sessiyada Türkiyə ilə monitorinq sonrası dialoq, Avropa Birliyinin şərq sərhədlərində miqrasiya proseslərinin tənzimlənməsi, milli parlamentlərin mədəniyyət və təhsilin inkişafında rolu, nano-texnologiyaların fayda və zərərlərinin balanslaşdırılması, dini icmalara qarşı zorakılıq, uşaqlara qarşı cinsi zorakılıqla mübarizə, irqi ayrı-seçkilik, Ermənistanda  prezident seçkilərinin nəticələri  və digər mövzularda fikir mübadiləsi aparılacaqdır.
Tədbirdə nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputatlar çıxış edəcək, gündəlikdəki məsələlərə münasibət bildirəcəklər.

 

Milli Məclisin
Mətbuat xidməti

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU