MDB PA-nın daimi komissiyalarında

XƏBƏRLƏR
24 aprel 2013 | 05:04   
Paylaşın:        

Milli Məclisin deputatı Bəxtiyar Əliyev MDB Parlament  Assambleyasının  Elm və təhsil  daimi  komissiyasının iclasında iştirak  etmək üçün aprelin 24-dən 27-dək Rusiya  Federasiyasında  səfərdə olacaq.
Sankt-Peterburq şəhərində baş tutacaq toplantıda təhsil  sahəsində  mövcud  olan problemlər, əldə olunan uğurlar və yeniliklər barədə  danışılacaq.
Deputatımız müzakirə edilən məsələlərə öz münasibətini bildirəcək.

 

Milli Məclisin
Mətbuat xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU