ÖLKƏMİZİN BEYNƏLXALQ NÜFUZU ARTIR

XƏBƏRLƏR
25 aprel 2013 | 01:04   
Paylaşın:        

Milli Məclisin deputatı Asim Mollazadə aprelin 26-dan mayın 4-dək ABŞ-ın Vaşinqton və Nyu-York şəhərlərində səfərdə olacaq.
O, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə ABŞ-ın bir sıra nüfuzlu beyin mərkəzlərində keçiriləcək tədbirlərdə iştirak edəcək.
Asim Mollazadə Vaşinqtonda və Nyu-Yorkda ölkəmizin beynəlxalq münasibətləri mövzusunda məruzələr oxuyacaq.

 

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU