NATO PA-nın 83-cü ROUZ-ROUT SEMİNARINDA

XƏBƏRLƏR
30 aprel 2013 | 11:04   
Paylaşın:        

NATO PA-dakı Azərbaycan parlamenti nümayəndə heyətinin üzvləri Məlahət İbrahimqızı və Qüdrət Həsənquliyev qurumun təşkilatçılığı ilə keçirilən “Cənubi Qafqaz: geosiyasət, Avratlantika strukturlarına inteqrasiya və daxili çağırışlar” mövzusunda seminarda iştirak etmək üçün  aprelin 28-dən Gürcüstanın paytaxtı Tbilisidə səfərdədirlər.
NATO PA-nın 83-cü Rouz-Rout seminarı adlandırılan həmin tədbirdə Cənubi Qafqaz və Avratlantika strukturlarına inteqrasiya, Gürcüstan-Rusiya münasibətləri, Gürcüstanda planlaşdırılmış islahatlar proqramı, bölgənin aktual məsələləri müzakirə olunur. Fikir mübadiləsi aparılır. Tədbirdə NATO PA-nın üzvü olan ölkələrin, həmçinin assosiativ üzv statusu daşıyan dövlətlərin nümayəndə heyətləri, beynəlxalq və yerli ekspertlər, Gürcüstanda akkreditə olunmuş diplomatik korpusun, QHT-lərin nümayəndələri iştirak edirlər.
Azərbaycan nümayəndə heyətinin üzvləri seminarda fəallıq göstərirlər. Məlahət İbrahimqızı tədbirdə “Avratlantika strukturlarına Azərbaycanın rəsmi münasibəti” mövzusunda təqdimat keçirib.
Səfər mayın 1-də başa çatacaq.

 


                                               Milli Məclisin
Mətbuat xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU