BELARUSDA ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN XATİRƏSİ ANILACAQ

XƏBƏRLƏR
02 may 2013 | 05:05   
Paylaşın:        

Milli Məclisin İqtisadi  siyasət  komitəsinin sədri  Ziyad  Səmədzadə  xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar  tədbirlərdə iştirak etmək üçün mayın 3-dən 6-dək Minsk şəhərində  səfərdə olacaq.
Belarus Milli Kitabxanasında ulu  öndərin  həyat və  fəaliyyətinə həsr edilmiş  elmi  konfrans  keçiriləcək,  Heydər Əliyev Fondunun təşkilatçılığı ilə görkəmli dövlət xadimi və dahi  şəxsiyyətin  həyatının ən  müxtəlif  dönəmlərini  əks  etdirən  sərgi  nümayiş  etdiriləcək.  Ziyad  Səmədzadə konfransda  “Heydər  Əliyev və Azərbaycanın iqtisadi inkişaf  strategiyası” mövzusunda  çıxış edəcək,  Heydər  Əliyevlə bağlı xatirələrini bölüşəcək.
 Səfər  çərçivəsində deputatımızın Belarus parlamentinin rəhbərliyi,  Belarus – Azərbaycan parlamentlərarası dostluq  qrupunun üzvləri ilə  görüşü  nəzərdə  tutulur.


Milli Məclisin
Mətbuat  xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU