AVROPA PARLAMENTİNİN ÜZVLƏRİ MİLLİ MƏCLİSDƏ

XƏBƏRLƏR
02 may 2013 | 03:05   
Paylaşın:        

Mayın 2-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi üzvlərinin ölkəmizdə səfərdə olan Avropa Parlamentinin Avropa Mühafizəkarlar və İslahatçılar Qrupunun (AMİQ) nümayəndə heyəti ilə görüşü keçirildi.
Komitə sədrinin müavini Sevinc Fətəliyeva qonaqları salamlayaraq, ölkəmizdə bütün sahələrdə gedən dinamik inkişafdan, aparılan islahatlardan söz açdı. O, müstəqil Azərbaycandakı  stabilliyin və əmin-amanlığın qorunub saxlanılmasının əhəmiyyətini qeyd etdi. Ölkəmizin beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığı barədə qonaqlara məlumat verdi. Bildirildi ki, Azərbaycan həyatın ən müxtəlif sahələrində əldə etdiyi uğurlar sayəsində regionda lider dövlətə çevrilmişdir.
Sevinc Fətəliyeva, eyni zamanda, ən ağrılı problemimiz olan Dağlıq Qarabağ münaqişəsi, onun törətdiyi fəsadlar barədə danışdı, bunların aradan qaldırılması istiqamətində atılan addımları diqqətə çatdırdı.
Görüşdə Avropa Mühafizəkarlar və İslahatçılar Qrupunun (AMİQ) sədri Martin Kallanan səfərlə bağlı təəssüratlarını bölüşdü, keçirdikləri görüşlər barədə danışdı. Qonaq təmsil etdiyi qurumla ölkəmiz arasında  əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyini vurğuladı.
Söhbət zamanı qarşılıqlı əlaqələrin inkişaf perspektivləri, parlament səviyyəsində münasibətlərin genişlənməsi və bir sıra digər vacib məsələlərə toxunuldu.
Görüşdə deputatlar Qənirə Paşayeva, Rasim Musabəyov və Ceyhun Osmanlı iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU