SOSİAL SİYASƏT KOMİTƏSİNDƏ GÖRÜŞ

XƏBƏRLƏR
06 may 2013 | 06:05   
Paylaşın:        

Mayın 6-da  Milli Məclisin  Sosial  siyasət  komitəsinin  sədri  Hadi Rəcəbli ölkəmizdə səfərdə olan AŞPA-nın Bərabərlik və qeyri-diskriminasiya  komitəsi  sədrinin birinci  müavini cənab Mendes  Bota ilə görüşdü.
 Komitə  sədri  qonağa  rəhbərlik etdiyi  komitənin  fəaliyyəti, qanunvericilik prosesində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, ölkə əhalisinin sosial müdafiəsinin günü-gündən yaxşılaşdırılması, hüquqi  bazanın Avropa  dəyərlərinə uyğunlaşdırılması barədə ətraflı məlumat verdi. Hadi Rəcəbli parlamentdə “Məişət  zorakılığı haqqında” qanunun hazırlanması prosesindən, bu sahədə maarifləndirmə işinin təşkilindən  söhbət  açdı. Bildirildi ki, sənədin qəbulundan sonra məişət  zorakılığından əziyyət  çəkən qadınların  reabilitasiyası, zorakılığın qarşısının alınması, sosial evlərin qurulması, qaçqın və məcburi köçkün qadınların problemlərinin  həlli,  gənclərin nikaha  hazırlanması, uşaqların  sosial  müdafiəsi  ilə bağlı böyük  işlər  görülüb.  O, komitədə   hazırlanan  qanun layihələri barədə qonağa  məlumat verdi. 
Mendes  Bota   ölkəmiz  üçün  belə əlamətdar  bir  dövrdə  - xalqımızın ümummilli lideri Heydər  Əliyevin  doğum  günü  ərəfəsində ölkəmizdə olmasından  qürur  duyduğunu ifadə  etdi.  Azərbaycana  üçüncü dəfə  gəldiyini  bildirən qonaq hər  gəlişində ölkədə  böyük  irəliləyiş müşahidə  etdiyini, şəhərimizin  son dərəcə gözəlləşdiyini  qeyd  etdi.  O, Azərbaycana AŞPA-nın  qadınlara  qarşı  zorakılığın aradan qaldırılması  üzrə  nümayəndəsi  qismində  gəldiyini bildirdi, bu  sahədə  təmsil etdiyi  qurumda  görülən işlər  və ümumavropa  təcrübəsi  barədə danışdı. Mendes Bota 2006-cı ildə Azərbaycana  səfəri  çərçivəsində  Milli Məclisdə  “Məişət  zorakılığı  haqqında”  qanunun  layihə  variantının hazırlanması  prosesində iştirak  etdiyini  qeyd  etdi.  Qanunun belə qısa bir  vaxtda ölkədə işlək  vəziyyətə  gəlməsindən  məmnun olduğunu vurğuladı. 
Görüşdə  qarşılıqlı maraq  doğuran bir  sıra  məsələlərə  də toxunuldu.

 

Milli Məclisin
Mətbuat  xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU