LUİS ALBERTO LASAYE: “Azərbaycanda dini tolerantlıq səviyyəsi çox yüksəkdir”

XƏBƏRLƏR
14 may 2013 | 09:05   
Paylaşın:        

Mayın 8-də Milli Məclisin Azərbaycan – Uruqvay parlamentlərarası  əlaqələr üzrə işçi qrupu üzvlərinin ölkəmizdə səfərdə olan Uruqvay Respublikasının sabiq prezidenti, parlamentin senatoru ilə  görüşü  keçirildi.
Qonağı salamlayan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, işçi qrupun rəhbəri Cavanşir  Feyziyev Azərbaycanın təşəbbüskarı və fəal iştirakçısı olduğu qlobal layihələrdən, ölkəmizin iqtisadi gücünə görə regionda lider dövlət olduğundan söz açdı. Millət vəkili parlamentdə qəbul edilən qanunvericilik aktları,  ölkəmizdə hüquqi  və demokratik  dövlət  quruculuğu, azad vətəndaş cəmiyyəti, insan  hüquqlarının  qorunması  barədə ətraflı  danışdı.
Elm  və təhsil komitəsinin sədr  müavini, işçi  qrupun üzvü Bəxtiyar Əliyev  bildirdi ki, bu səfər ölkəmiz üçün çox ağrılı bir  günə təsadüf  edir. 8 may Azərbaycanın mədəniyyət  beşiyi olan  qədim Şuşanın  işğalı günüdür. Ermənistan – Azərbaycan Dağlıq  Qarabağ  münaqişəsindən  söz  açan  deputat  qeyd  etdi ki, 20 ildən  artıqdır ki, Azərbaycan  müharibə  şəraitində  yaşayır. Təəssüf ki, hələ də münaqişənin  beynəlxalq  hüquq  normaları  çərçivəsində, sülh  yolu ilə həllinə nail olunması istiqamətində  göstərilən  səylər  nəticəsiz qalıb.
Deputat, işçi  qrupun digər üzvü  Aslan Cəfərov dostluq  qruplarının  qarşılıqlı səfərlərinin ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsində rolu barədə  fikirlərini ifadə etdi. 
Səmimi  münasibətə və ətraflı məlumata görə təşəkkürünü  bildirən Luis Alberto Lasaye hər iki ölkənin sülhsevər siyasət yürütdüklərini bəyan etdi. Bakıya Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkilatçılığı ilə keçirilən birinci Cənubi Qafqaz  Forumunda iştirak etmək üçün gəldiyini deyən qonaq  xalqlarımız  arasında  mədəniyyət, dinlərarası münasibət və geosiyasi baxımdan çoxlu oxşarlıqlar olduğunu dedi. O, Azərbaycanda müşahidə  etdiyi  dini tolerantlıq  səviyyəsindən məmnun qaldığını diqqətə  çatdırdı.  Bildirildi ki, ölkələrimiz  arasında  iqtisadi, mədəni, humanitar  sahədə geniş əməkdaşlıq imkanları mövcuddur.
Görüşdə sonra  qarşılıqlı  maraq  doğuran  digər  məsələlər müzakirə edildi. 
  
 


Milli Məclisin
Mətbuat  xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU