BEYNƏLXALQ KONFRANSDA

XƏBƏRLƏR
08 may 2013 | 04:05   
Paylaşın:        

Milli Məclisin deputatları Elton Məmmədov və Əli Məsimli “İnkişaf üçün əməkdaşlıq: Baltik dövlətləri” mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etmək üçün mayın 9-da Latviyanın paytaxtı Riqa şəhərinə səfər edəcəklər.
Baltik Assambleyasının təşkil etdiyi tədbirdə Avropa İttifaqı çərçivəsində əməkdaşlığın imkanları və gələcək inkişaf perspektivləri, əlaqələrin möhkəmləndirilməsində Baltik dövlətlərinin rolu, habelə parlamentlərin, hökumət və qeyri-hökumət qurumlarının qarşılıqlı fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunacaq.
Millət vəkilləri konfransda müzakirəyə çıxarılacaq məsələlər barədə fikirlərini açıqlayacaqlar.
Səfər mayın 12-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU