MDB PA-nın KOMİTƏ İCLASINDA

XƏBƏRLƏR
10 may 2013 | 04:05   
Paylaşın:        

Milli Məclisin deputatı Elmira Axundova MDB Parlamentlərarası Assambleyanın Mədəniyyət, informasiya, idman və turizm daimi komissiyasının iclasında iştirak etmək üçün mayın 13-də Rusiya Federasiyasının Tambov şəhərinə yola düşəcək.
İclasda mədəniyyət, incəsənət, informasiya, turizm, bədən tərbiyəsi və idman sahəsində əldə olunmuş nailiyyətlərə görə fəxri nişanların təqdimatı keçiriləcək. Tədbirdə həmçinin cari ilin sentyabr ayında Yaltada baş tutacaq XXIV beynəlxalq telekinoforuma hazırlıqla bağlı müzakirələr aparılacaq.
Səfər mayın 16-da başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU