MİLLİ MƏCLİSİN DEPUTATI BOLQARISTANDA SEÇKİLƏRİ MÜŞAHİDƏ EDƏCƏK

XƏBƏRLƏR
10 may 2013 | 04:05   
Paylaşın:        

Milli Məclisin deputatı, ölkəmizin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisindəki nümayəndə heyətinin rəhbəri, bu təşkilatın sədr müavini Asəf Hacıyev mayın 11-dən 14-dək Bolqarıstanın Sofiya şəhərində səfərdə olacaqdır.
Deputatımız QDİƏT PM-in xətti ilə Bolqarıstanda keçiriləcək parlament seçkilərini müşahidə edəcək, bununla bağlı sənəd hazırlayaraq müvafiq qurumlara təqdim edəcəkdir.

 

Milli Məclisin
Mətbuat xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU