AVROPA PARLAMENTİNDƏ HEYDƏR ƏLİYEVİN XATİRƏSİ ANILACAQ

XƏBƏRLƏR
15 may 2013 | 04:05   
Paylaşın:        

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Belçikanın paytaxtı Brüssel şəhərində səfərdədir.
Deputatımız ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi və Azərbaycan Demokratik Respublikasının yaranmasının 95 illiyinə həsr olunmuş  mərasimlərdə iştirak edəcək.
Səfər çərçivəsində keçiriləcək “Avropa Parlamentində Azərbaycan Günü” adlı tədbirdə ulu öndər Heydər Əliyevin əziz xatirəsi anılacaq, eyni zamanda ölkəmizin adət və ənənələrini əks etdirən nümunələr  təqdim olunacaq,  musiqi nömrələri səsləndiriləcəkdir.
Səfər mayın 16-da başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU