NATO PARLAMENT ASSAMBLEYASININ SESSİYASINDA

XƏBƏRLƏR
15 may 2013 | 05:05   
Paylaşın:        

Mayın 17-də Lüksemburqda NATO Parlament Assambleyasının yaz sessiyası işə başlayacaqdır. Sessiyada Azərbaycanı Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcəkdir.
 Nümayəndə heyətinin tərkibinə deputatlardan Siyavuş Novruzov, Tahir Süleymanov və Məlahət İbrahimqızı daxildirlər.
 Sessiyanın iclaslarında Suriyada müharibənin regional təhlükəsizlik üçün nəticələri, NATO-nun Mərkəzi Asiya ilə tərəfdaşlığı, Məlumatların mühafizəsi və kiber təhlükəsizlik, Gürcüstanın Avro-atlantik məkana inteqrasiyası, Şimali Amerikada qeyri-adi qaz bumunun geosiyasi nəticələri, əməliyyatlarda və çoxtərəfli əməkdaşlıqda Lüksemburqun iştirakı,  Əfqanıstanın gələcəyi, Raketdən müdafiə sahəsində son proseslər, NATO hərbçiləri üçün yeni enerji ideyaları və digər mövzularda məruzələr dinləniləcək, fikir mübadiləsi aparılacaqdır.
 NATO Parlament Assambleyasının yaz sessiyası mayın 20-də başa çatacaqdır.

         

     Milli Məclisin   
                 Mətbuat xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU