AŞPA-NIN KOMİTƏ İCLASINDA

XƏBƏRLƏR
17 may 2013 | 05:05   
Paylaşın:        

Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Rafael  Hüseynov Avropa Şurası Parlament Assambleyasının Mədəniyyət, elm, təhsil və media  komitəsinin  iclasında iştirak etmək üçün mayın 19-dan 23-dək Böyük Britaniyada səfərdə olacaq.
London şəhərində keçiriləcək toplantıda Avropada mətbuat azadlığının qorunması, mətbuatda yayılan zorakılıq materiallarının uşaqlara təsiri, bu  sahədə məsuliyyət və etika, demokratik  cəmiyyətdə yeni informasiya və rabitə texnologiyalarının rolu və digər məsələlər müzakirə  ediləcək.

 

Milli Məclisin
Mətbuat  xidməti

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU