MDB Parlamentlərarası Assambleyasının komissiya iclaslarında

XƏBƏRLƏR
18 may 2013 | 01:05   
Paylaşın:        

Mayın 20-dən 22-dək Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyası daimi komissiyalarının iclasları və VI Neva Beynəlxalq Ekoloji Konqresi keçiriləcəkdir.
İclaslarda Milli Məclisin MDB Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri Elton Məmmədov, Mirkazım Kazımov və Fəzail Ağamalı iştirak edəcəklər.
Aqrar siyasət, təbii ehtiyatlar və ekologiya, həmçinin Dövlət quruculuğu və yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi daimi komissiyalarında “Ekoloji təmiz aqrar istehsal”, “Ekoloji sığorta”, “Regional siyasətin əsasları haqqında” və digər model qanun layihələri  barədə fikir mübadiləsi aparılacaqdır.
 “Ekoloji mədəniyyət ekoloji problemlərin həllinin əsası kimi” mövzusuna həsr ediləcək  VI Neva Beynəlxalq Ekoloji Konqresində isə keçiriləcək dəyirmi masalarda ekoloji problemlərin qarşısının alınması və həlli məsələləri müzakirə olunacaqdır.

 

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU