DEPUTATLARIMIZ TÜRKİYƏYƏ SƏFƏR EDƏCƏKLƏR

XƏBƏRLƏR
24 yanvar 2012 | 05:01   
Paylaşın:        

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, deputatlardan Fəttah Heydərov, Azər Badamov və Rüstəm Xəlilov yanvarın 26-dan Ankarada səfərdə olacaqlar.
Səfər zamanı millət vəkilləri burada Keçiören Bələdiyyəsində olacaq, bələdiyyələrarası əlaqələrin gücləndirilməsi, sosial və mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə müzakirələr aparacaqlar.
Səfər yanvarın 30-da başa çatacaq.


Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU