AŞPA-NIN KOMİTƏ İCLASLARINDA

XƏBƏRLƏR
21 may 2013 | 06:05   
Paylaşın:        

Milli Məclisin Beynəlxalq  münasibətlər və parlamentlərarası əlaqələr  komitəsinin sədr müavini Sevinc  Fətəliyeva Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin təşkil etdiyi dinləmələrdə iştirak etmək üçün mayın 23-dən 24-dək Estoniyada  səfərdə olacaq.
Bu ölkənin paytaxtı Tallin şəhərində keçiriləcək dinləmələr  dondurulmuş münaqişələrə həsr olunub. Toplantıda Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ,  Abxaziya  və Cənubi Osetiya, Dnesrtyanı ərazilərdə baş berən münaqişələrdə  mövcud  durum,  problemin həlli  yolları müzakirə ediləcək.
*  *  *

Milli Məclisin deputatı Sahibə Qafarova AŞPA-nın Mədəniyyət, elm və təhsil komitəsinin təşkilatçılığı ilə keçirilən  konfransda  iştirak  etmək  üçün  Londonda  səfərdədir.
Deputatımız qurumun Bərabərlik və qeyri-diskriminasiya komitəsinin işində iştirak etmək üçün isə mayın 23-dən 26-dək Fransanın Paris şəhərində olacaq. 
Millət vəkili  müzakirə olunan məsələlərə öz münasibətini  bildirəcək.

 

Milli Məclisin
Mətbuat  xidməti

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU