MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
28 may 2013 | 05:05   
Paylaşın:        

Mayın 28-də Milli Məclisdə ölkəmizdə səfərdə olan Amerika Birləşmiş Ştatları Konqresinin əməkdaşları ilə görüş oldu.
Qonaqları salamlayan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirdi ki, Azərbaycan 1991-ci ildə ikinci dəfə müstəqillik qazandıqdan sonra diplomatik münasibətlər yaratdığı ilk ölkələrdən biri də ABŞ-dır. Azərbaycan  Amerika Birləşmiş Ştatları ilə əlaqələrin möhkəmləndirilməsində maraqlıdır və ikitərəfli münasibətlər daim inkişafdadır. Səməd Seyidov ölkələrimizin mövcud siyasi, iqtisadi və mədəni əlaqələrindən söz açdı. Bildirdi ki, Ermənistanın işğalçılıq siyasətindən və törətdiyi terror hadisələrindən əziyyət çəkən Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizədə, NATO qüvvələri tərkibində beynəlxalq sülhyaratma və antiterror əməliyyatlarında həmişə ABŞ-ın yanındadır.
Səməd Seyidov qonaqlara xəritələr vasitəsilə Azərbaycanın geosiyasi vəziyyəti, qonşu ölkələrlə münasibətləri, ölkəmizin müstəqillik tarixi, Milli Məclisin strukturu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verdi. Bildirdi ki, bu gün Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri vahid  ailə kimi xoşbəxt yaşayırlar.
Sonra görüşdə ABŞ Konqresi nümayəndələrini maraqlandıran suallara aydınlıq gətirildi, qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparıldı.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev iştirak edirdi. 

 

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU