AŞPA-nın KOMİTƏ İCLASLARINDA

XƏBƏRLƏR
31 may 2013 | 11:05   
Paylaşın:        

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr  komitəsinin sədr müavini  Sevinc Fətəliyeva  Avropa Şurası Parlament Assambleyasının komitə iclasında  iştirak  etmək üçün iyunun  2-dən 4-dək Fransada  səfərdə olacaq.
Parisdə  keçiriləcək Sosial  sağlamlıq  və səhiyyə  üzrə komitənin  toplantısında tibbi yardım almaq  üçün bərabər imkanlar, davamlı inkişafda enerji siyasətinin rolu, ərzaq təhlükəsizliyi, uşaqların inkişafında yoxsulluğun yaratdığı əngəllərin aradan  qaldırılması  məsələləri  müzakirə ediləcək.
  Deputatımız müzakirə ediləcək məsələlərə öz münasibətini bildirəcək.
*  *  *

Milli Məclisin  deputatı  Sabir  Hacıyev  AŞPA-nın Siyasi işlər  və demokratiya  komitəsinin iclasında  iştirak etmək üçün  iyunun 4-dən 7-dək  Fransanın Paris  şəhərinə səfər  edəcək.
Komitədə Qırğız  Respublikasının AŞPA-ya  demokratiya   üzrə  tərəfdaş kimi qəbul olunmaq üçün müraciəti, Yaxın Şərqdə və Belarusda  vəziyyət, Tunisdə  keçid  dövrünün  yaratdığı problemlər, İqtisadi inkişaf və əməkdaşlıq  təşkilatının son illərdəki fəaliyyəti və  digər  məsələlər  barəsində  fikir  mübadiləsi  aparılacaq.

 

Milli Məclisin
Mətbuat  xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU