MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
01 fevral 2012 | 03:02   
Paylaşın:        

Fevralın 1-də Milli Məclisdə ölkəmizin AŞPA-dakı nümayəndə heyətinin üzvləri qurumun Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt Font de Mora və Cozef Debono Qrexlə görüşdülər.
Görüşdə AŞPA-da nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov qonaqları salamlayaraq, təşkilatın qış sesiyasından sonra həmməruzəçilərlə yenidən görüşməkdən məmnun olduğunu söylədi. O, qonaqlara ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunması sahəsində görülən işlər barədə məlumat verdi. Azərbaycanla Avropa Şurası arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün bundan sonra da əməkdaşlıq edəcəklərinə əmin olduğunu vurğuladı.
Öz növbəsində Pedro Aqramunt Font de Mora səmimi görüşə görə minnətdarlığını bildirdi. Söhbət ikitərəfli dialoq şəkilində davam etdirildi.
Görüşdə qonaqları maraqlandıran məsələlərə aydınlıq gətirildi.


Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU