MİLLİ MƏCLİSDƏ ƏFQANISTAN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLDİ

XƏBƏRLƏR
10 iyun 2013 | 02:06   
Paylaşın:        

İyunun 10-da Milli Məclis Sədrinin birinci  müavini, Təhlükəsizlik  və  müdafiə  komitəsinin  sədri  Ziyafət  Əsgərovun  Əfqanıstan İslam Respublikasının Rabitə və İnformasiya  Texnologiyaları  naziri  Əmirzai Sanginin  başçılıq  etdiyi  nümayəndə  heyəti ilə   görüşü oldu.
 Qonağı salamlamaqdan məmnunluq  duyduğunu  bildirən Ziyafət  Əsgərov  Azərbaycanla  Əfqanıstan  arasında sıx əlaqələrin mövcud olduğunu və  son  dövrlərdə bu əlaqələrin daha da  intensivləşdiyini  qeyd  etdi. Bildirildi ki, bu cür görüşlər xalqlarımız arasında münasibətlərin  inkişafı  üçün bir  stimuldur  və əlaqələrimizin dinamikliyini daha da  artırır.  Birinci vitse-spiker onu da qeyd  etdi ki,  Əfqanıstan  Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdəndir. Sonra hər iki ölkə  parlamentlərində mövcud  olan  dostluq  qruplarının uğurlu  fəaliyyətindən  söhbət  açıldı, ölkələrimiz  arasında  ticarət  dövriyyəsinin artırılmasının  vacibliyi  vurğulandı.  
Daha  sonra  Ziyafət  Əsgərov  təhlükəsizlik  və  hərbi müdafiə  sahəsində qarşılıqlı əlaqələrdən söhbət açdı, Azərbaycan  sülhməramlılarının hal-hazırda da Əfqanıstanda  xidmətdə olduğunu  diqqətə  çatdırdı.
Əmirzai Sangi səmimi görüş və ətraflı məlumat  üçün minnətdarlığını ifadə  etdi. O, Azərbaycanın Əfqanıstana  dost və qardaş  olduğunu, milli-mənəvi  dəyərlər, mədəniyyət  baxımından  xalqlarımız  arasında  bir  çox oxşarlıqların  mövcud olduğunu  bildirdi. Qonaq  son illərdə Azərbaycana  bir  neçə dəfə  səfər  etdiyini və hər  dəfə burada daha  sürətli inkişaf  müşahidə  etdiyini qeyd  etdi. Əfqan  nazir  Cənubi Qafqazın  iqtisadi  cəhətdən ən qüdrətli  dövləti olan ölkəmizin  Əfqanıstana  dəfələrlə  qardaş  yardımı göstərdiyini  diqqətə  çatdırdı və buna  görə  öz  ölkəsinin rəhbərliyi adından Azərbaycan Prezidenti İlham Əliyevə dərin təşəkkürünü bildirdi.
Görüşdə Azərbaycanın iştirakçısı olduğu qlobal layihələrdən, hər iki ölkənin müdafiə sisteminin gücləndirilməsindən söhbət açıldı və  qarşılıqlı  maraq  doğuran  digər  məsələlər  müzakirə olundu.

 

Milli Məclisin
Mətbuat xidməti

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU