DEPUTATIMIZ İSPANİYAYA SƏFƏR EDƏCƏK

XƏBƏRLƏR
08 dekabr 2011 | 04:12   
Paylaşın:        
Milli Məclisin deputatı Rauf Əliyev dekabrın 11-dən İspaniyanın Valensiya şəhərində səfərdə olacaq.
Millət vəkili Azərbaycan – İspaniya dostluğuna həsr olunmuş forumda iştirak edəcək. Tədbirdə iki ölkə arasında əlaqələrin inkişaf perespiktivləri və bu istiqamətdə atılan addımlar müzakirə ediləcək.
Səfər dekabrın 15-də başa çatacaq.


Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU