AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ YAY SESSİYASINDA

XƏBƏRLƏR
21 iyun 2013 | 05:06   
Paylaşın:        

İyunun 24-dən 28-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının yay sessiyası keçiriləcəkdir. Sessiyada Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, təşkilatdakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edəcəkdir.
Nümayəndə heyətinin tərkibinə deputatlardan Elxan Süleymanov, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Rafael Hüseynov, Sabir Hacıyev, Rövşən Rzayev, Sahibə Qafarova, Fazil Mustafa və Aydın Abbasov daxildirlər.
Sessiyada Assambleya  Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, Bolqarıstanda keçirilmiş parlament seçkilərinin nəticələri, Orta Şərqdə mövcud vəziyyət, Macarıstana münasibətdə monitorinq proseduruna başlanması təklifinin müzakirəsi, korrupsiya ilə mübarizə, bərabər tibbi xidmət hüququ, Makedoniya ilə monitorinq sonrası dialoq, siyasi və cinayət məsuliyyətinin fərqləndirilməsi və digər mövzularda fikir mübadiləsi aparılacaqdır.
İclaslarda nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputatlar çıxış edəcək, gündəlikdəki məsələlərə münasibət bildirəcəklər.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU