ROMADA DAHİ AZƏRBAYCAN ŞAİRİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB

XƏBƏRLƏR
22 iyun 2013 | 01:06   
Paylaşın:        

Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Rafael Hüseynov  və deputat Azər Kərimli dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığana  həsr  olunmuş  ədəbiyyat üzrə Avropa-Azərbaycan  görüşündə iştirak etmək üçün iyunun 18-dən 22-dək İtaliyada  səfərdə olublar.
Romada  keçirilən  tədbirdə dünya ədəbi-bədii və fəlsəfi fikir xəzinəsinə əvəzsiz incilər bəxş etmiş şairin əsərlərindən nümunələr  səsləndirilib, şer  və poemalarına çəkilmiş illüstrasiyalardan ibarət sərgi nümayiş olunub. İştirakçılar toplantını Azərbaycanla İtaliya arasında siyasi və mədəni əməkdaşlığın inkişafına dəyərli töhfə, Azərbaycan şairinin xatirəsinə göstərilən dərin hörmət  kimi dəyərləndiriblər.

 

Milli Məclisin
Mətbuat xidməti

 

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU