AZƏRBAYCAN VƏ VYETNAM XALQLARI MÜSTƏQİLLİKLƏRİNİ OXŞAR MÜBARİZƏLƏRLƏ QAZANIBLAR

XƏBƏRLƏR
27 iyun 2013 | 03:06   
Paylaşın:        

 İyunun 27-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi üzvlərinin Vyetnam Milli Məclisinin sədr müavini Uonq Çu Lunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü oldu.
 Komitənin sədri Əli Hüseynli  qeyd  etdi ki,  Azərbaycan və Vyetnam xalqları öz müstəqilliklərini çox gərgin siyasi mübarizələrdən sonra əldə ediblər. Hər iki xalq bu sahədə  kifayət  qədər qurbanlar verib. Öz azadlığını qazandıqdan sonra Azərbaycan hüquqi və demokratik inkişaf yolu seçib. Bu gün ölkəmizdə təkcə iqtisadi sahədə deyil, həmçinin insan hüquq və azadlıqlarının qorunması, hüququn aliliyi və vətəndaş cəmiyyətinin formalaşması istiqamətində böyük irəliləyişlərə nail olunub.  Azərbaycan Cənubi Qafqaz  regionunda  lider  dövlətə çevrilib.
Uonq Çu Lu səmimi görüşə görə minnətdarlıq edərək bildirdi ki, Vyetnam xalqının müstəqilliyi uzun illər aparılan gərgin mübarizənin sonunda  bərqərar olub.  Müstəqillikdən əvvəl geridə qalmış bir ölkə olan Vyetnam bu gün iqtisadi inkişafı ilə dünya dövlətlərini cəlb edir. Vyetnama investisiya qoymaq istəyən müxtəlif ölkələrin nüfuzlu şirkətlərinin sayı ildən-ilə artmaqdadır. Qonaq  öz  ölkəsinin qanunvericilik sistemi barədə də ətraflı məlumat verdi.
Görüşdə hər iki ölkənin parlament nümayəndə heyətlərinin səfərlərinin daha  da intensivləşməsinin vacibliyi  qeyd  olundu,  qarşılıqlı maraq  doğuran bir  sıra  məsələlər barəsində  fikir mübadiləsi  aparıldı.


Milli Məclisin
Mətbuat  xidməti

 

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU