DEPUTATIMIZ UKRAYNADA SƏFƏRDƏDİR

XƏBƏRLƏR
04 iyul 2013 | 04:07   
Paylaşın:        

Milli Məclisin deputatı Ceyhun Osmanlı Ukraynanın paytaxtı Kiyevdə səfərdədir. Millət vəkili “Şərq tərəfdaşlığı ölkələrində əmək miqrasiyası” mövzusunda təşkil olunmuş konfransda iştirak edəcək.
Yığıncaqda “Şərq tərəfdaşlığı” ölkələrində miqrasiya prosesləri ilə əlaqədar həyata keçirilən tədbirlər, bu istiqamətdə beynəlxalq əməkdaşlığın inkişafı, təcrübə mübadiləsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Toplantıda Ceyhun Osmanlı ölkəmizdə əmək miqrasiyasının  hazırkı durumu, bu sahənin qanunvericiliklə tənzimlənməsi, habelə ortaya çıxan problemlər və onların aradan qaldırılması ilə bağlı görülən işlər barədə məlumat verəcək.
Səfər iyulun 6-da başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU