İCTİMAİ HƏYATDA QADINLARIN İŞTİRAKI VACİBDİR

XƏBƏRLƏR
06 fevral 2012 | 11:02   
Paylaşın:        

Fevralın 6-da Milli Məclisin deputatları Qənirə Paşayeva və Sahibə Qafarova Şərq Tərəfdaşlığına Dəstək Proqramı çərçivəsində Avropa Şurası ilə Avropa İttifaqının birgə həyata keçirdikləri tədbirdə iştirak etmək üçün Gürcüstanın paytaxtı Tbilisiyə səfərə yola düşəcəklər.
Tədbirdə müzakirə olunacaq mövzuları Gürcüstan parlamenti ilə Mərkəzi Seçki Komissiyası rəhbərliyinin, eləcə də Avropa Şurası ilə Avropa İttifaqının bu ölkədəki nümayəndəliklərinin təmsilçiləri təqdim edəcəklər. Sonra “Seçkilərdə və siyasi partiyalarda qadınların iştirakı”, “İş və ailə həyatının uzlaşdırılması”, “Media sahəsində gender balansı” mövzuları ətrafında müzakirələr aparılacaq.
İctimai həyatda qadınların iştirakına şərait yaratmaq üçün konkret tədbirlərin görülməsi məqsədilə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının iştirakçısı olan ölkələrin qadın parlamentarilərinin təcrübələri və təklifləri öyrəniləcək. Fikir mübadiləsinin yekununda hər üç mövzu istiqamətində fəaliyyət proqramları hazırlanacaq. Deputatlarımız müzakirələrdə yaxından iştirak edəcək, Azərbaycanın müvafiq təcrübəsini bölüşəcəklər.
Səfər fevralın 9-da başa çatacaq.

 

Milli Məclisin
Mətbuat xidməti


 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU