PARLAMENT XƏBƏRLƏRİ

XƏBƏRLƏR
05 iyul 2013 | 06:07   
Paylaşın:        

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, deputatlardan Rüstəm Xəlilov və Tahir Rzayev iyulun 8-dən 12-dək İstanbulda səfərdə olacaqlar.
Səfər Türkiyə  bələdiyyə orqanlarının  fəaliyyəti ilə tanışlıq  məqsədi  daşıyır. Burada deputatlarımız İstanbul Böyük Şəhər Bələdiyyəsinin  başqanı, İstanbul  valisi  və digər yerli özünüidarəetmə təşkilatlarının rəhbərləri ilə   görüşlər keçirəcək,  bələdiyyələrin iş fəaliyyəti ilə yaxından tanış olacaq,  təcrübə  mübadiləsi  aparacaq, əhali ilə bələdiyyə orqanları  arasında  münasibətləri müzakirə edəcəklər. Deputatlarımız  Azərbaycanda  bələdiyyə qurumlarının  fəaliyyəti  barəsində  söhbətlər  də  aparacaqlar.
* * *
  Milli  Məclisin deputatı,  Qara  Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament  Məclisinin  sədr  müavini  Asəf Hacıyev,  millət  vəkilləri Mübariz  Qurbanlı  və Jalə Əliyeva  QDİƏT PM  Baş  Assambleyasının  41-ci plenar  iclasında  iştirak etmək  üçün iyulun  8-dən 20-dək  Bolqarıstanın paytaxtı Sofiya   şəhərində səfərdə olacaqlar.
Toplantıda  “Turizm iqtisadi inkişafın  mühüm  amili kimi: QDİƏT  regionunda  əməkdaşlıq” mövzusunda  müzakirələr aparılacaq. 
Assambleyanın  sessiyası  çərçivəsində  qurumun İqtisadiyyat, ticarət, texnologiya  və ekologiya  məsələləri  üzrə, Hüquqi  və siyasi işlər  üzrə, Mədəniyyət, təhsil  və  sosial  məsələlər  üzrə komitələrinin iclasları  keçiriləcək.     

 

Milli  Məclisin
Mətbuat xidməti

 

 

 

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU