BEYNƏLXALQ KONFRANSDA

XƏBƏRLƏR
08 iyul 2013 | 11:07   
Paylaşın:        

Milli Məclisin deputatı Asim Mollazadə iyulun 10-da Gürcüstana işgüzar səfərə yola düşəcək.
Deputatımız Batumi şəhərində keçirilən “Gürcüstanın Avropaya yolu: Avropa İttifaqının şərqi avropalı tərəfdaşları Vilnüs Sammitinə doğru” X beynəlxalq konfransda iştirak edəcək. Müzakirə olunan məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət bildirəcək.
Səfər iyulun 13-də başa çatacaq.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU